HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Botanika İnstitutu xarici əməkdaşlığı genişləndirir

Xezertv.info xəbər verir ki, Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı AR ETN Botanika İnstitutunda olub. İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, müştərək layihələri və əldə olunan nailiyyətləri haqqında məlumat verib.
S.Kolaylının ziyarətinin əsas məqsədi müştərək beynəlxalq konfransın təşkili üçün müzakirələrin aparılması olub. Müzakirələr zamanı müştərək layihələrin təşkili və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq memorandumunun bağlanmasının vacibliyi vurğulanıb, beynəlxalq konfransın keçirilməsi üçün ilkin razılıq əldə olunub. Qaradəniz Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti və Botanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq konfransın əsas məqsədi yabanı bitkilərdən istifadə, aromaterapiya, fitoterapiya və apiterapiya üzrə tədqiqatların genişləndirilməsi olduğu qeyd olunub.
Sonda qonaq İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə yaxından tanış olub və İnstitutda aparılan elmi-tədqiqat işləri və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək görüşdən məmnunluğunu bildirib. 


































































