Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Zelenski Sarkisyanın öldüyü partlayış barədə - “Bu hadisənin...”

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Donbasda və Maydan hadisələri zamanı qətllərdə əli olan şəxsi zərərsizləşdirdiyini açıqlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısı britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışıb.
Söhbət zamanı jurnalist ondan Moskvada “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyanın öldüyü son partlayış barədə soruşub.
Fotoda Armen Sarkisyan

Ukrayna lideri isə cavabında qeyd edib ki, UTX ukraynalıların qətlində ittiham olunan şəxsin zərərsizləşdirilməsi üzrə müvafiq əməliyyat keçirib.
Zelenski vurğulayıb ki, bu şəxsi tanımır və adını bilmir: “Bu hadisənin həmin hal olub-olmadığını demək çətindir”.
Xatırladaq ki, fevralın 3-də Moskvanın elit “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Partlayış zamanı ağır yaralanan Sarkisyan aparıldığı xəstəxanada ölüb.
Həmçinin məlumatlara görə, partlayıcı qurğunu əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı olan kamikadze işə salıb.























































