Xəbər Lenti
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 06:04
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Tramp Rusiyada həbsdən azad edilən müəllimlə görüşdü

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, 11 fevral gecə saatlarında Ağ Evdə 2021-ci ildən Rusiya həbsxanasında saxlanılan və yenicə azad edilən amerikalı müəllim Mark Fogel ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Fogel 11 fevral gecə saatlarında ABŞ bayrağına bürünmüş halda Ağ Evə gəlib. Onu qarşılayan Tramp Fogelin azad edilməsində "kiçik rol oynamağın” onun üçün "şərəf” olduğunu deyib.
"Hamınıza təşəkkür edirəm, mən ölkəmizi sevirəm və bura qayıtdığım üçün çox şadam. Kaş ki, bunu daha yaxşı ifadə edə biləydim”, – deyə Fogel bildirib.
Qeyd olunur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof çərşənbə axşamı, 11 fevral tarixində Moskvaya gedərək narkotik maddələrin saxlanılması ittihamı ilə üç ildən çox həbsdə qalan Fogelin geri qaytarılmasını təmin edib.
Tramp amerikalının azad edilməsini alqışlayaraq, bu addımın iki ölkəyə Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində əməkdaşlıq etməyə imkan verəcəyinə ümid etdiyini bildirib.
Alpər























































