Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

17 Şub 07:45Manşet / Şou-biznes

Şakira xəstəxanaya yerləşdirildi

sakira-xestexanaya-yerlesdirildi

Dünyaşöhrətli müğənni Şakira xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Hello Magazine” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun mədə ağrısından ciddi şəkildə əziyyət çəkməsi olub.

Nəticədə Şakiranın Perunun Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.

Müğənni bununla bağlı sosial şəbəkə hesabında da paylaşım edib:

“Təəssüf ki, qarın nahiyəmdəki problemə görə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər dedilər ki, bu axşam səhnəyə çıxacaq qədər yaxşı deyiləm, buna görə də çox kədərlənirəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olub tez bir zamanda xəstəxanadan çıxacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm”.