Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Nazim Eynallı: Baki -Şamaxı-Yevlax yolunda buzlaşma əleyhinə tədbirlər görülür

Fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində yaranan buzlaşma nəqliyyatın hərəkətində müəyyən çətinliklərə səbəb olub.
19 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yolların buzdan təmizlənməsi üçün hərəkət hissəsinə duz-qum qarışığı səpilib. Ərazidə xüsusi təyinatlı texnika və canlı qüvvə işləyir, yolların qar və buzdan təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qarlı və şaxtalı hava təkcə Bakı-Şamaxı-Yevlax yolunda deyil, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda da hərəkətə ciddi təsir edib. Bu ərazidə də qar və buzlaşma səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşıb. Aidiyyəti qurumlar ərazidə yolların təmizlənməsi və təhlükəsizliyin təmin olunması üçün iş aparır.
Yol təsərrüfatı qurumları sürücülərə müraciət edərək gecə saatlarında Bakı-Şamaxı-Yevlax və Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yollarında ehtiyatlı olmalarını, mümkün qədər bu marşrutlardan istifadə etməməyi tövsiyə ediblər. Hava şəraitinin çətinləşməsi fonunda sürücülərdən sürət rejiminə əməl etmələri, nəqliyyat vasitələrini qış şəraitinə uyğun hazırlamaları və zərurət olmadıqca uzaq səfərlərdən çəkinmələri xahiş olunur.
Qeyd edək ki, ölkənin digər dağlıq və yüksək dağətəyi ərazilərində də güclü qar və buzlaşma müşahidə olunur.