Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Millət vəkili Məşhur Məmmədov 7 məktəbə kompyuter masaları hədiyyə etdi - Fotolar

74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov hər dəfə seçiciləri ilə qəbul-görüşlər keçirərkən, təkcə onların fərdi istəkləri ilə kifayətlənmir, kəndlərin ümumi problemlərini, çatışmazlığını əlaqədar qurumlar vasitəsilə diqqətdə saxlayır, səlahiyyətləri çərçivəsində seçicilərin rahatlığı üçün əlindən gələni əsirgəmir.
Bu dəfə Masallı Rayon təhsil sektorundan daxil olan istəkləri nəzərə alaraq ümumi sayı 72 olmaqla 7 kənd məktəbinə kompüter masaları alıb hədiyyə etdi.
Rüdəkənar kənd orta ümumtəhsil məktəbinə 10, Babaser kənd orta ümumtəhsil məktəbinə 10, Xanəlion kənd orta ümumtəhsil məktəbinə 10, Bədəlan kənd orta ümumtəhsil məktəbinə 12, Çayqıraq kənd orta ümumtəhsil məktəbinə 10, Bala Kolatan kənd orta ümumtəhsil məktəbinə 10, Dəlləkoba kənd orta ümumtəhsil məktəbinə 10 ədəd kompüter masası hədiyyə edildi.
Qarlı hava şəraitinə baxmayaraq bu gün masalar məktəblərə hər bir məktəbin direktorunun iştirakı ilə millət vəkili Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev və Rəmzi Şahverdiyevin nəzarəti ilə çatdırıldı.
Yeni dərs həftəsində sözügedən kəndin məktəbliləri informatika fənni otaqlarında yeni kompüter masaları ilə dərslərinə davam edəcəklər və bir daha əmin olacaqlar ki, valideynləri millət vəkili seçərkən ən layiqli namizədə səs veriblər.















































































