Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Axtarışı aparılan şəxs bulvarda intihar edibmiş

Bakıda itkin düşmüş kimi axtarışda olan şəxsin intihar etdiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 21-dən axtarışı aparılan paytaxt sakini Oleq Baranov həmin gün saat 09 radələrində özünü dənizə atıbmış.
Aparılan araşdırmalarla O.Baranovun Səbail rayonu Neftçilər prospekti yaxınlığında Dənizkənarı Milli Parkın ərazisində özünü suya atması müəyyən edilib.
Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırmalar davam etdirilir.























































