Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Sabahdan Ramazan ayı başlayır

Martın 1-dən Azərbaycanda Ramazan ayı başlayır.
Qaynarinfo Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən xəbər verir ki, bu il Qədr (Əhya) gecələri martın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edəcək.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, 30 mart - Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi. Lakin Nazirlər Kabinetinin Qərarı ilə 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən də 1 aprel rəsmi iş günü sayılacaq.
























































