Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Pentaqon Rusiyaya qarşı hücumlarının dayandırıldığını inkar edir - KİV

Pentaqon KİV-lərdə yayılan, yeni müdafiə naziri Pit Hegsetin Rusiyaya qarşı hücum kiberəməliyyatlarının dayandırılması barədə göstəriş verdiyi iddialarını təkzib edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg adı açıqlanmayan rəsmi şəxsə istinadən xəbər yayıb.
Mənbənin anonimlik şərtilə verdiyi açıqlamaya görə, Hegset Rusiyanın "zərərli hədəflərinə" qarşı heç bir əməliyyatı ləğv etməyib və təxirə salmayıb. O bildirir ki, əməliyyatların dayandırılması və ya oxşar məzmunlu heç bir əmr verilməyib.
Kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən The Record nəşri cümə günü Hegsetin Pentaqonun strukturuna daxil olan ABŞ Kiberkomandanlığına Rusiyaya qarşı hücum kiberəməliyyatlarının planlaşdırılmasından imtina etməyi əmr etdiyini yazmışdı. Bu məlumat qısa müddət sonra digər nəşrlər tərəfindən də təsdiqlənmişdi.
Bundan sonra bir sıra demokratlar, xüsusilə Senatda azlıq lideri Çak Şumer narazılığını bildirib və Tramp administrasiyasının Moskvaya "azad keçid" verdiyini vurğulayıb. O qeyd edib ki, Rusiya ABŞ-ın kritik infrastrukturuna qarşı kiberhücumlarını davam etdirdiyi halda, Vaşinqtonun bu əməliyyatları dayandırması qəbuledilməzdir.
Bununla yanaşı, qeyri-rəsmi məlumatlara görə, Tramp administrasiyası Ukraynaya hərbi yardım tədarükünü, o cümlədən Bayden administrasiyasının qərarlarına əsasən göndərilməsi planlaşdırılan yardımları da dayandırıb.
Alpər























































