Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Bakıda məhkəmə və Paşinyanın təşvişi

Ən yaxşı müdafiə hücumdur. Görünən odur ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bu zərbi-məsəldən çıxış edərək, Bakıda hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarına qarşı guya qəddar rəftar edilməsi ilə bağlı növbəti dəfə əsassız ittihamlar səsləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" analitik kanalının yeni buraxılışında bəhs edilir.
Ermənistanın baş naziri bəyan edib ki, qadağan olunmuş vasitələrlə, o cümlədən fiziki və psixoloji təzyiq vasitələrilə təsir göstərilir.
"Xatırladaq ki, Paşinyan ilk dəfə deyil ki, belə cəfəng ittihamlarla çıxış edir. Belə ki, yanvarın 25-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində o bildirmişdi ki, guya Bakıda olan "Qarabağın hərbi-siyasi rəhbərliyinin" nümayəndələrindən regionda eskalasiyanı təhrik edən bəyanatlar əldə etmək üçün onlara qarşı qadağan edilmiş psixotrop maddələr tətbiq olunur. Azərbaycanda məhbusların zorakılığa məruz qalması ilə bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən araşdırılıb və iddiaların yalan olduğu müəyyən edilib", - deyə materialda bildirilir.
Ətraflı süjetdə:























































