Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil olunub
Özəl sektorla əməkdaşlıq çərçivəsində AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında seminar keçirilib
Dövlət Turizm Agentliyinin əməkdaşı həbs olundu
Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
“Qafqazinfo” xəbər verir ki, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.