Xəbər Lenti
Bugün, 10:23
Pərvanə Mirzə qızı İmamquliyeva: “Heydər Əliyevin Dil Siyasəti: Ana Dilinə sevgi və tarixi missiya”
26-04-2025, 18:40
Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26-04-2025, 09:21
ABŞ-la Ukrayna arasında sülh sazişi şərtləri ilə bağlı ciddi fikir ayrılıqları var - CNN
“Neftçi” “Turan Tovuz”a qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Sumqayıt” doğma meydanda eyni xala (22) malik olduğu “Kəpəz”lə üz-üzə gələcək.
Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.
Daha öncə “Araz-Naxçıvan” “Qarabağ”a (1:3) uduzub, “Şamaxı” “Sabah”a, “Zirə” isə “Səbail”ə eyni hesabla (1:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Sumqayıt” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
“Neftçi Arena”, 19:30