Bakı şəhəri 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi, tibb üzrə fəlsəfə doktoru Həmzə Həsənov - "Peşəkar səhiyyə işçisi. Hipokrat andına sadiq həkim".
"Doktor Davud" tibb mərkəzinin Baş həkimi Davud Qüdrətov: "Ramazan ayının fəzilətləri"
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil olunub
Nazirlikdən Yel çərşənbəsi ilə bağlı əhaliyə - Müraciət
Fövqəladə Hallar Nazirliyi Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
“Qafqazinfo”nun məlumatına əsasən, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.
Belə ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılanıb.
Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!