Xəbər Lenti
Dün, 07:32
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Vardanyan işi üzrə tarixi qərarının məzmunu - Açıqlandı
13-03-2025, 09:01
74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov seçicilərlə görüş keçirdi
12-03-2025, 16:21
“Obstacle Course” - fiziki, sosial və intellektual inkişafın artırılması layihəsi uğurla yekunlaşıb.
12-03-2025, 12:43
ABŞ dövlət katibinə Ukrayna hədiyyəsi: Detallar yalnız illər sonra açıqlanacaq (FOTO)
Qaraçuxur bələdiyyəsi tərəfindən iftar süfrəsi açılıb
Xezertv.info xəbər verir ki, Suraxanı RİH-in təşəbbüsü və Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə Yeni Günəşli yaşayış massivindəki Fatmeyi-Zəhra məscidində 150 nəfərin iştirakı ilə iftar məclisi təşkil olunub.
Belediyye.info xəbər verir ki, tədbirdə 40 nəfərə yaxın şəhid ailəsinin üzvləri, 25 qazi və Vətən müharibəsi iştirakçısı, qəsəbə ictimaiyyətinin nümayəndəsi və din xadimləri iştirak ediblər.
İftar məclisində tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Fatmeyi-Zəhra Məscidinin din xadimləri iftar süfrəsində iştirak edənləri salamlayaraq dövlət tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Tədbirdə Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.