Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Azərbaycanda ssenarist filmə görə təhdid olunur

Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" qısametrajlı filmi Buzovna sakinləri tərəfindən etirazlara səbəb olub.
Oxu.Az xəbər verir ki, filmin ssenaristi Əli Ucal "Teleqraf"a açıqlamasında Buzovna sakinləri tərəfindən təhdid edildiyini bildirib.
"Ayıq sürücü" filmini təqdim etdikdən sonra çox müsbət reaksiyalar aldıq, heç kimdən aqressiya görmədik. Təqdimatdan üç-dörd gün sonra aktyor Mirzə Ağabəylinin oğlu mənə sosial şəbəkədə yazdı və bildirdi ki, film əladır, amma filmdən Buzovnanın adı çıxarılmalıdır. Mən onu başa saldım ki, film artıq yayımlanıb və bu mümkün deyil. Buzovnanın adı filmdə şərti olaraq qeyd edilir. O isə mənə cavab verdi ki, Buzovnanın adını çıxarmırsınızsa, təhqirlərə hazır olun! Sonra bizim ünvanımıza təhqirlər, söyüşlər yazmağa başladılar. Bizim filmdə Buzovnanın adını qeyd etməkdə məqsədimiz kimisə təhqir etmək deyil. Biz bu gün təhdid olunuruq. Mənə yazırlar ki, "Sizi tutacağıq", "Haradasa əlimizə keçəcəksiniz" və sair. Filmin rejissoru Elvin Rüstəmzadəyə və mənə qarşı böyük təhdidlər var. Filmin ssenari müəllifi olmaqla yanaşı, baş rolu da mən canlandırıram. Ən çox söyülən, təhqir edilən mənəm" , - deyə Ə. Ucal bildirib.
Ssenarist vurğulayıb ki, Buzovna sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər: "Polis bizimlə əlaqə saxlayıb ki, sizin haqqınızda şikayət var, izahat yazmalısınız. Buzovna camaatı isə 500 imza toplamaqla bizi məhkəməyə vermək istəyir. İnsanlar bizdən əl çəkmirlər. Film 200 min dəfədən çox izlənilib".
Qeyd edək ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qiymətləndirilib.























































