Xəbər Lenti
Dün, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər

Xəzər dənizində yaşayan və dünyada yalnız bu bölgəyə məxsus olan Xəzər suitisi iqlim dəyişikliyinin ağır nəticələri ilə üz-üzədir. İnsan fəaliyyəti ilə yaranmış qlobal istiləşmə onların təbii yaşam mühitinə ciddi ziyan vurur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" nəşri "Nature Communications Earth & Environment" elmi jurnalında dərc olunmuş yeni tədqiqatlara əsasən xəbər verir.
Xəzər suitisi - dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsində - yalnız Xəzər dənizində rast gəlinən yeganə dəniz məməlisidir. Alimlər bildirirlər ki, temperaturun artması nəticəsində Xəzərdə su səviyyəsi sürətlə aşağı düşməkdədir.
Yeni araşdırmalara görə, 2100-cü ilə qədər dənizin səviyyəsi 20 metrə qədər enə bilər. Bu isə təkcə Xəzər suitiləri deyil, eyni zamanda sahilyanı bioloji müxtəliflik üçün də fəlakətli nəticələrə yol aça bilər.
Xəzər dənizində bu suitilərlə yanaşı yüzlərlə balıq və onurğasız canlı növü də yaşayır. Burada yaşayan altı nəsli kəsilməkdə olan nərə balığı növü də bu prosesdən zərər çəkəcək. Su səviyyəsinin azalması onların kürüləmə məqsədilə çaylara çıxışını məhdudlaşdıracaq.
Xəzər suitilərinin çoxalması üçün qış aylarında geniş buzlaqlar sahəsinə ehtiyac var. Alimlər qeyd edir ki, su səviyyəsinin cəmi 5 metr azalması belə buzlaqların 81 faizinin yox olması deməkdir. Bu da pişiklərin nəsil artırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq.
Hazırda Xəzər dənizində 75 000-dən 270 000-ə qədər suitinin yaşadığı təxmin edilir. Halbuki XX əsrin əvvəllərində onların sayı təxminən 1 milyon idi. 2008-ci ildə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı bu növü nəsli kəsilməkdə olan canlılar siyahısına daxil etmişdi.
Xəzər dənizi artıq uzun illərdir çirklənmə, həddindən artıq balıq ovlanması və invaziv növlərin yayılması kimi təhlükələrlə üzləşir. Su səviyyəsinin azalması nəticəsində dəniz pişiklərinin yaşadığı bütün quru sahələr də əlçatmaz olacaq. Üstəlik, bu dəyişiklik mövcud dəniz qoruq ərazilərinin də dənizdən uzaq düşməsinə səbəb ola bilər.
Aydın























































