Menu
Xəbər Lenti
Bu gün Pasxa bayramıdır
20-04-2025, 09:16

Bu gün Pasxa bayramıdır

2 yaşlı uşaq evdə öldü
19-04-2025, 09:42

2 yaşlı uşaq evdə öldü

Tramp tarixə düşdü
19-04-2025, 09:29

Tramp tarixə düşdü

Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

Naxçıvanda daha bir təyinat
17-04-2025, 17:04

Naxçıvanda daha bir təyinat

18 Nis 07:34Manşet / Cəmiyyət

Bakının iki rayonunda qəzalı binalar söküləcək - Ünvanlar

bakinin-iki-rayonunda-qezali-binalar-sokulecek

Bakının daha iki rayonu üzrə istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinə başlanılır.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri bu dəfə Sabunçu və Suraxanı rayonları üzrə həyata keçiriləcək.

Məlumata görə, Sabunçu rayonunda söküntü işləri Babək küçəsi, ev 23, M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32, Suraxanı rayonunda isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, daha əvvəl Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.