DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi
"Venesiya" şadlıq sarayındakı toyda zəhərlənən müğənni danışdı: "Ölümdən qayıtdım"
"Ən böyük vəzifə İNSAN olmaqdır!" » İdman » "Rinqdəki uğurumun arxasında müəllimlərimin əməyi dayanır" – Riad Abdullayevlə müsahibə
Şərurlu İsfəndiyarın oğlu həbs edildi
Tikinti sektorunda "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.
Qaynarinfo xəbər verir ki, məlumatı "Unikal" yayıb.
Həbsin səbəbləri və təfərrüatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
***
Musavat.com xəbər verir ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.
O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə "Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.
Baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərdiyi, uzun illər orada yaşadıöı deyilirdi.
Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.
Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.
İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan "Zaminbank”ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.
Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:
"Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini”, iki "Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.