Menu
Xəbər Lenti
Bu gün Pasxa bayramıdır
20-04-2025, 09:16

Bu gün Pasxa bayramıdır

2 yaşlı uşaq evdə öldü
19-04-2025, 09:42

2 yaşlı uşaq evdə öldü

Tramp tarixə düşdü
19-04-2025, 09:29

Tramp tarixə düşdü

Allah rəhmət eləsin!
17-04-2025, 18:07

Allah rəhmət eləsin!

Naxçıvanda daha bir təyinat
17-04-2025, 17:04

Naxçıvanda daha bir təyinat

21 Nis 08:45Manşet / Gündəm / Siyasət

DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi

DDLA nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 83-cü sessiyasında ölkəmizi təmsil etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz ətraf mühitinin mühafizəsi üzrə komitəsinin 83-cü sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə İdarə heyəti sədrinin müşaviri Habil Abbasov və Dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri Fərid Murtuzov iştirak ediblər.
Sessiya zamanı gəmilərin enerji effektivliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə strateji hüquqi və texniki hədəflərin qiymətləndirilməsi nəzərə alınmaqla qlobal qiymət mexanizminin müəyyən edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə üsullarının seçilməsi, qəbul edilməsi üzrə hazırlanan sənəd layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Beynəlxalq tədbirdə, həmçinin Sessiyalararası İşçi Qrupu tərəfindən hazırlanan gəmiçilik sənayesi üçün qlobal istixana qazı (İXQ) emissiyalarının azaldılmasını hədəfləyən məcburi tənzimləmələrin tətbiqinə dair sənəd layihələri diqqət mərkəzində olub.
Agentliyin İdarə heyəti sədrinin müşaviri Habil Abbasov sessiyada iştirakın vacibliyini vurğulayaraq qeyd edib ki, veriləcək qərarların (xüsusən karbon emissiyasına görə vergi/rüsum tətbiqinə dair) qlobal təsir gücünə malik olması hər bir ölkə üçün iqtisadi və ekoloji cəhətdən olduqca müstəsna əhəmiyyətə malikdir. 
Qeyd edək ki, məcburi tənzimləmələrin tətbiqinə dair yekun qərarın cari ilin oktyabr ayında keçiriləcək Komitənin fövqəladə sessiyasında qəbul edilməsi və 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulub. 
Sessiya çərçivəsində DDLA-nın nümayəndə heyəti BDT-yə üzv dövlətlərin nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.