Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
İKTA-da "Ookla" nümayəndələri ilə görüş keçirildi

Dünyaca tanınmış "Ookla” şirkətinin nümayəndələri Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) olublar.
Görüşdə "Ookla”nın Yaxın Şərq və Afrika üzrə baş texniki meneceri Xalid Muhamməd, Yaxın Şərq və Afrika üzrə baş satış direktoru Osaman Nayveyseh və Yaxın Şərq və Afrika üzrə müştəri xidmətləri direktoru Əhməd Nəbəvi iştirak ediblər.
İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov qurumun "Ookla” ilə geniş əlaqələrinin olduğunu, şirkətin bir sıra xidmətlərindən Agentliyin istifadə etdiyini bildirib.
"Ookla” rəsmiləri xidmətlərdən istifadə zamanı yaranmış suallara aydınlıq gətiriblər. Görüşdə provayderlərdə quraşdırılmış "SpeedTest” serverlərinə olan performans tələbləri, serverlərin istismar qaydalarının pozuntu hallarının aşkarlanmasında dəstək, bu kimi halların real indeks göstəricilərini təhrifetmə imkanları, onların aradan qaldırılması üçün atılmalı olan tədbirlər, "Ookla”nın indeksləri hesablama metodologiyaları, "SpeedTest” indekslərinin internet telekommunikasiya xidməti göstərən operator və provayderlər üzrə ayrılıqda dərc edilmə imkanları müzakirə olunub. İKTA nümayəndələri internet keyfiyyətinin ölçüləbilən olması məqsədilə hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətlərinin ayrı-ayrılıqda aylıq dərc olunmasına başlamaq niyyətində olduqlarını bildiriblər.
Həmçinin "Ookla” şirkəti tərəfindən istifadəyə verilən yeni xidmətlərin təqdimatı keçirilib.
Görüşdə İKTA əməkdaşlarına təlimlərin keçirilməsi və qaldırılan sualların geniş müzakirə edilməsi qərara alınıb.
























































