Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
30-04-2026, 06:34

Xəzərdə zəlzələ oldu

12 qurban, 17 illik hüzun...
30-04-2026, 06:10

12 qurban, 17 illik hüzun...

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

23 Nis 08:09Manşet / Cəmiyyət

Bakıda 26° isti qeydə alındı

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Belə ki, düşən yağıntının miqdarı Sədərəkdə 10, Şərurda 9, Naxçıvan, Şahbuz, Lerik, Tovuz, Balakən, Kəlbəcər, Culfa, Laçın, Füzuli, Zəngilan, Ordubad, Yardımlı, Cəlilabad və Yevlaxda 6 mm-dək təşkil edib.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Daşkəsəndə 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.