Menu
Xəbər Lenti
Ərdoğan Azərbaycana gəlir
26-04-2025, 09:10

Ərdoğan Azərbaycana gəlir

29 Nis 12:29Manşet / Gündəm / Elm-təhsil

Milli Məclisin deputatı Anar İsgəndərov Lənkəran rayonu, M.Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta məktəbinin qonağı oldu. FOTOLAR.

 

Xezertv.info xəbər verir ki, 19.04.2025-ci il tarixində Milli Məclisin deputatı, elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərov məktəbimizin qonağı olub. Deputat 78 saylı Lənkəran kənd seçki dairəsinə daxil olan, Səpnəkəran kənd inzibati ərazi dairəsini əhatə edən Səpnəkəran, Yuxarı Nüvədi və Mikolan kəndlərindən olan seçicilərlə görüşüb.


Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Nihad Zeynalov, deputatın köməkçisi Valeh Mikayılov, icra nümayəndəsi Azad Kazımov, bələdiyyə sədri Raifə Məmmədzadə, Lənkəranın ziyalısı, şəhid atası, filologiya elmləri doktoru, professor, Kamran Kazımov, məktəbin direktoru Ramiz Ramazanov, şəhid ailələri, 44 günlük Vətən müharibəsinin qaziləri və böyük ziyalı dəstəsi iştirak edirdi.


Görüşdən əvvəl deputat Anar İsgəndərov məktəbin həyətyanı sahəsində yaradılan yardımçı təsərrüfata (istixanaya) baxış keçirib. Sinif otaqları, divar rəsmləri və məktəbin kompüter zallarındakı İKT avandanlıqları ilə tanış olan deputat xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.


Tədbir zamanı kəndin uğurları və tarixi barədə professor Kamran Kazımov ətraflı məlumat verib. Daha sonra çıxış edən məktəbin direktoru Ramiz Ramazanov son illər ərzində rəhbərlik etdiyi müəssisənin uğurlarından, şagirdlərin müxtəlif yarışmalarda əldə etdiyi nailiyyətlərdən, məktəbdə tətbiq olunan layihələrdən, aparılan təmir-bərpa, abadlıq və quruculuq işlərindən söz açıb.


Görüşdə məlumat xarakterli çıxış edən məktəb rəhbəri Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və müdir müavini Rəhim Rəhimov tərəfindən təhsil müəssisəsinə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, idarənin göstərişi ilə məktəbin bütün sanitar qovşaqları əsaslı şəkildə yenidən təmir olunaraq, müəllim və şagird heyətinin istifadəsinə verilib. Həmçinin rəqəmsal bacarıqlar fənninin tədrisi üçün LARTİ tərəfindən təhsil müəssisəsinin yüksək sürətli fiber optik internetlə, 40 ədəd müasir notbukla və digər İKT avadanlıqları ilə təchiz edildiyini vurğulayıb. Direktor onu da qeyd edib ki, yeni tədris ilindən məktəbdə peşə təmayüllü siniflərin təşkili müzakirə mövzusudur və bu siniflərdə bir sıra ixtisaslar üzrə şagirdlərin təhsil alması planlaşdırılır.


Səmimi ab-havada keçən görüşdə deputat Anar İsgəndərov tərəfindən seçicilərlə bir sıra məsələlər müzakirə edildi. Seçicilərin bir çox arzu və istəkləri məişət xarakterli olduğu üçün onların müəyyən hissəsi elə yerindəcə həllini tapıb. Digər məsələlərlə bağlı ərizələr qəbul edilərək, əlaqədar təşkilatlara göndərilib.


 

 

Fərid Faiqoğlu

“Xezertv.info”nun rəhbəri,

AJB-nin üzvü,

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İB-nin mətbuat katibi