Xəbər Lenti
12-08-2026, 19:17
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Messinin də klubu turnirlə vidalaşdı

Argentinalı ulduz Lionel Messinin çıxış etdiyi “İnter Mayami” Şimali Amerika Çempionlar Kubokunun (CONCACAF) yarımfinal mərhələsinin cavab matçına çıxıb.
“Qafqazinfo” xəbər verir ki, klub “Vankuver”ə 1:3 (ilk oyun 0:2) hesabı ilə məğlub olub.
Bununla da, “İnter Mayami” turnirdən kənarlaşdırılıb.
Qeyd edək ki, Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Kavasaki”yə məğlub olub turnirlə vidalaşmışdı.
Onu da əlavə edək ki, 37 yaşlı Lionel Messi və 40 yaşlı Kriştianu Ronaldo bu matçlarda komandaları üçün bütün oyun ərzində meydanda mübarizə aparıblar.























































