Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
Təmsilçilərimiz Avropa Kubokunun ilk günündə 3 medal qazandı

Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku start götürüb.
“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar.
66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb. O, finalda özbəkistanlı Dilşodbek Hamroyevə qalib gəlib.
60 kq çəkidə isə iki idmançımız üçüncü yeri tutub. Nihad Məmişov və Fərid Qarayev yarımfinalda uduzsalar da, bürünc qazanmaq şanslarını qaçırmayıblar.
Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.























































