Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

21 May 07:32Manşet / Şou-biznes

Fatma Girik səhlənkarlıqdan ölüb? - Yekun qərar verildi

 

Türkiyənin əfsanəvi aktrisası Fatma Girikin ölümündə səhlənkarlıq iddiası ilə başladılan məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada yekun qərar qəbul edilib.

Qərarda “Yeşilçam” ulduzuna göstərilən müalicədə səhlənkarlığın olmadığı və cinayət təqibinə ehtiyac qalmadığı bildirilib.

Ekspertiza rəylərinin başa çatmasından sonra hazırlanan hesabatda aktrisanın COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat etdiyi, tibbi müdaxilədə hər hansı bir səhvə yol verilmədiyi qeyd olunub.

Xatırladaq ki, Fatma Girik 2022-ci il yanvarın 24-də 79 yaşında vəfat edib. Aktrisanın qardaşı Günay Girik xəstəxananı səhlənkarlıqda ittiham edib. O, nəinki F. Girikin müalicə aldığı xəstəxananı həm də bacısı qızı Ahu Turanlını da eyni səbəbdən məhkəməyə verib.