Xəbər Lenti
Dün, 09:43
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
27-05-2025, 18:07
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
27-05-2025, 13:38
Pərvanə İmamquliyeva: “28 May Müstəqillik Günü - Azərbaycan tarixinin şanlı səhifəsi”
26-05-2025, 08:22
Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov - Vardanyanla eyni təcridxanadadır
25-05-2025, 20:23
Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi növbəti uğurlu konfransını keçirdi
Nazim Eynallı: Dünyada çox az sayda dövlətlər var ki, tarixini xatırlamaq olur
Nazim Eynallı
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru
Dövlətcilik ənənəsi uzun bir prosesdir. Bu prosesi uğurla davam etdirmək hər xalqın taleyinə yazılmır.
28 May – Azərbaycan xalqının tarixində mühüm yer tutan, milli kimlik və azadlıq arzularının gerçəkləşdiyi bir gündür. Məhz 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və bu hadisə Şərqdə ilk demokratik respublikanın yaranması ilə nəticələndi. Cəmi 23 ay fəaliyyət göstərsə də, onun qoyduğu dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafında əhəmiyyətli rol oynayırb.1918-ci ilin çətin geosiyasi şəraitində Tiflis şəhərində elan olunan Azərbaycan Xalq Cümhuriyyəti, xalqın müstəqillik əzmini təcəssüm etdirən böyük siyasi addım idi. Cümhuriyyət parlamentli idarəetmə, bərabərlik, azadlıq və dünyəvilik prinsipləri üzərində qurulmuşdu. Qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi tarixə düşmüşdü. Lakin o dövrün çətinlikləri nəticəsində 1920-ci ilin aprelində AXC süqut etdi. Bu, xalqın azadlıq arzularının müvəqqəti olaraq ertələnməsi demək idi.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etsə də, bu dövr daxili və xarici təhlükələrlə dolu idi. Daxili hərc mərclik tüğyan edirdi. İqtisadiyyat tənəzzül etmişdi. Ermənistanın hərbi təcavüzü, siyasi qeyri-sabitlik və xaos ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir məqamda xalqın tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çıxış etdi.
Ulu Öndərin uzaqgörən siyasətini bugün Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin layiqli varisinin də siyasətində hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və sayğı özünü göstərməkdədir. Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb. Dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Bu sahələrdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur.
Müstəqillik Günümüz mübarək olsun!