Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
22-06-2026, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

08 Eyl 12:28Manşet / Dünya

İstanbuldakı kütləvi etirazlarla bağlı araşdırma başladıldı

 

İstanbul Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) binası qarşısında baş verən kütləvi etirazlarla bağlı məhkəmə araşdırmasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun bəyanatında deyilir.

“İstanbul Baş Prokurorluğu CHP-nin vilayət qərargahı qarşısında baş verən hadisələr və sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən şəxslərlə bağlı məhkəmə araşdırmasına başlayıb”, - nazir söyləyib.

Bildirilib ki, İstanbulun bəzi rayonlarında yığıncaq və mitinqlərə 3 günlük qadağa tətbiq edilməsindən sonra polis təhlükəsizlik tədbirləri görüb və müxalifət partiyasının binasına giriş-çıxışları bağlayıb.

“İstanbul 45-ci Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul vilayət idarəsi və onun rəhbərliyi üçün ehtiyat tədbiri olaraq müvəqqəti komissiya təyin edib", - Tunc əlavə edib.