Menu
Xəbər Lenti
Yenidən spiker seçildi
27-05-2025, 09:02

Yenidən spiker seçildi

DOSTUN EŞQİNƏ
26-05-2025, 09:48

DOSTUN EŞQİNƏ

28 May 08:35Manşet / Gündəm / Siyasət

Ərdoğan Azərbaycana səfərə yola düşüb

Ərdoğan Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl "TUR" təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə səfərə yola düşüb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.

Ərdoğanı səfər zamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Türkiyə Prezident Aparatının Kommunikasiya şöbəsinin başçısı Fahrettin Altun, Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Ədalət və İnkişaf Partiyasının sədr müavinləri Kürşat Zorlu, Ali İhsan Yavuz, Zafer Sırakaya, Hüseyn Yayman, Halit Yerebakan və Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini İsmail Özdemir müşayiət edirlər.

Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır və iki ölkə arasındakı əlaqələr, cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinın aparılacağı gözlənilir.

Həmçinin, Ərdoğan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident İlham Əliyev ilə birlikdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində və Azərbaycanın Müstəqillik Günü ilə bağlı mədəniyyət tədbirində iştirak edəcək.