“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Mən niyə pul verməliyəm ona?”

Xəbər verdiyimiz kimi, həbsdə olan iş adamı Emil Səməndərov “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı Şərurlu İsfəndiyarın ona dələduz dediyi üçün ən ağır formada cəzalandırılmasını istəyir.
Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında isə E.Səməndərov qarşı tərəfdən təzminat kimi 5 milyon manat tələb edib. Bu bəlkə də xüsusi ittiham qaydasında verilən şikayətlərdə bu günə qədər tələb olunan ən çox məbləğlərdəndir.
“Qafqazinfo” Şərurlu İsfəndiyarın təzminat tələbinə münasibətini öyrənib. İş adamı saytımıza bildirib ki, qarşı tərəf onu qıcıqlandırmaq üçün bu yola əl atıb: “Emilin özünün heç xəbəri yoxdur. Onu müdafiə edənlər məni qıcıqlandırmaq üçün bu tələbi qaldırıb. Deyiblər İsfəndiyarı belə edəcəyəm, elə edəcəyəm, o da inanıb. Deyir o, hər yandan əli üzülən hər şeyə əl atır.
Görünür ki, kimlər üçünsə maraqlıdır. Mən niyə pul verməliyəm e ona? Hələ camaatı aldadıblar, mən ödəyirəm. Şikayətinin də heç bir əsası yoxdur. Boş-boş şeylərdir. İş adamıyam, min nəfər işçim var. Yalandan vaxtımızı alırlar. Nə Allahdan, nə başqa nədənsə qorxurlar. İnsandırlar da, hərəsi bir yolla pul qazanır”.
Qeyd edək ki, məhkəmə Şərurlu İsfəndiyarın xüsusi ittihamçıya münasibətdə dediklərinin təhqir və böhtan olduğuna dair rəy verilməsi üçün ekspertiza təyin edib.
Sail Ağasəlim























































