Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Türkiyəli sənətçilər arasında dava - Stəkanlar havada uçdu

Türkiyəli aktrisa Nilperi Şahinkaya “Gelin takımı 2” filminin çəkilişində dava salıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa komanda yoldaşları ilə birgə qaldıqları hotelin barında aktyor Fırat Çeliklə mübahisə edib.
Belə ki, o, F. Çelikdən məhkəməlik olduğu həmkarları Burak Denizi ad günü münasibətilə niyə təbrik etdiyini soruşub. Fırat isə Burakın onun dostu olduğunu bildirib. Bundan sonra gərginlik daha da artıb. Sərxoş olan N. Şahinkaya isə masadakı stəkanları atmağa başlayıb. Komanda yoldaşları onu sakitləşdirməyə çalışsalar da, nəticəsiz qalıb.
Fotoda: Fırat Çelik və Burak Deniz

Hətta Nilperini dayandırmağa cəhd edən aktrisa Şebnem Bozoklu stuldan yıxılıb. Sənətçi dostları Şahinkayanı idarə edə bilmədikləri üçün o, bardan uzaqlaşıb. Növbəti gün o, davranışına görə həmkarlarından üzr istəyib. Sənətçilər filmin çəkilişlərinin tamamlanması üçün onun üzrünü qəbul edərək işlərinə davam edib.
Qeyd edək ki, bir müddət öncə aktrisa Burak Deniz tərəfindən Adanada bir hoteldə narahat edildiyi üçün məhkəməyə müraciət edib.

























































