Xəbər Lenti
Bugün, 08:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
İran həmin xəbəri yalanladı - Yenilənib

İran atəşkəsin qüvvəyə minməsindən sonra İsrail ərazisinə raket hücumu həyata keçirməsi barədə yayılan məlumatları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “IRIB” dövlət televiziya şirkəti yayıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəs rejimini pozduğunu açıqlayıb və bildirib ki, orduya Tehranın mərkəzinə zərbələr endirmək barədə göstəriş verib.
***
Bununla yanaşı, İran Silahlı Qüvvələrinin Baş qərargahı da ölkənin atəşkəsdən sonra İsrail ərazisinə zərbə endirməsini təkzib edib.























































