Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

22 Ağu 10:40Manşet / Siyasət

Azərbaycanda üç QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdi

azerbaycanda-uc-qsc-nin-musahide-surasinin-terkibi-deyisdi

Azərbaycanda üç Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Müşahidə Şurasının sədri təyin edilib. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri təyin olunublar.

Şahin Babayev eyni zamanda “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Müşahidə Şurasının da icraçı direktoru olub. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Bununla yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib. AZCON-un icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, ADY və AZAL-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.