Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Dünya bu problemi necə həll edir?

Dünyanın hər yerində tıxac problemi yalnız sürücülər üçün deyil, sakinlər üçün də ciddi narahatlıq yaradır.
“Qafqazinfo”nun məlumatına görə, böyük şəhərlərdə bu problemin öhdəsindən gəlmək üçün fərqli strategiyalar tətbiq edirlər.
Bu mövzuda ictimai nəqliyyatı gücləndirmək böyük önəm daşıyır.
Belə ki, Tokioda metro və qatar sistemləri şəhərin əsas nəqliyyat arteriyalarıdır. Yüksək tezlikli qatarlar və dəqiq cədvəllər sürücüləri avtomobil əvəzinə ictimai nəqliyyata yönləndirir.
Seulda da geniş avtobus xətləri və sürətli metro sistemi tıxacları əhəmiyyətli dərəcədə azaldır.
Berlində tramvay və S-Bahn xətləri şəhər daxilində sürətli hərəkət imkanı yaradır, avtomobil istifadəsini azaldır.
Londonda isə, “Congestion charge” sistemi şəhər mərkəzinə daxil olmaq üçün sürücülərdən ödəniş tələb edir. Bu tədbir şəhərin mərkəzində avtomobil sayını xeyli azaldır.
Bənzər strategiya Singapurda da tətbiq olunur. Şəhərə giriş zamanı avtomatik ödəniş tələb olunur; tıxac pik saatlarda daha çox məhdudlaşdırılır.
Helsinkidə real vaxt nəqliyyat məlumatı və GPS yönləndirmə vasitəsilə sürücülər daha az sıxlıq olan yollarla hərəkət edir.
Barcelonada ağıllı işıqforlar və sensorlarla tıxaclar dinamik şəkildə idarə olunur.
Dünyanın böyük şəhərlərində velosiped və piyada infrastrukturunun inkişafı da tıxaclarla yaxşı mübarizə üsulu hesab olunur:
Amsterdamda 400 km-dən çox velosiped yolu var, qısa məsafələr üçün velosiped istifadəsi təşviq edilir.
Kopenhagendə velosipedçilər üçün geniş yollar və təhlükəsiz keçidlər şəhər mərkəzində avtomobil istifadəsini azaldır.
Parisdə isə şəhər mərkəzində avtomobil hərəkəti ekoloji zonalarla məhdudlaşdırılıb, pik saatlarda bəzi küçələr yalnız ictimai nəqliyyat üçün açıqdır.
Meksikoda “Hoy No Circula” proqramı ilə müəyyən günlərdə avtomobil nömrələrinin son rəqəminə görə sürücülərin şəhər mərkəzinə girişinə icazə verilir.





























































