Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Ağdamda külək 9 kəndi işıqsız qoydu

Ağdamda keçən qeyri-sabit hava şəraiti nəticəsində 9 kəndə elektrik enerjisinin verilişi dayanıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gündən əsən külək gecə saatlarında güclənərək elektrik xətlərini qırıb.
Nəticədə səhər saatlarından başlayaraq, rayonun Əhmədağalı, Xındırıstan, Səfərli, Üçoğlan, Aşağı Yüzbaşılı, Yuxarı Yüzbaşılı, Mirəşelli, Kol Qışlaq və Quzanlı qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar qırılmış elektrik xəttinin bərpasına çalışır. Artıq bir neçə kəndə elektrik enerjisinin verilişi təmin edilib.
Ziya Əmirxanlı























































