Xəbər Lenti
30-10-2025, 08:45
AAYDA, "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Məhəmməd Musayev – “İşinin peşəkarı, dövlətə sədaqət andı, əsl vətəndaş mövqeyi”-MÖVQE
29-10-2025, 15:12
Gənc istedad Əhməd Məmmədov: “Hədəfim Azərbaycanı dünya birinciliyində təmsil etməkdir”
Yük maşını yol kənarında dayanan avtomobilə çırpıldı - Ölən və xəsarət alan var

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BDYPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı yük maşını texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






















































