Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Tramp Britaniyada qaydaları pozdu

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada qaydaları pozub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Belə ki, o, kral III Çarlzdan əvvəl Vindzorda fəxri qarovul dəstəsinin qarşısında olub. Həmçinin, görüş zamanı Tramp dəfələrlə əlini Britaniya monarxının kürəyinə qoyaraq etiket qaydasını pozub. Böyük Britaniya ənənəsinə və protokoluna görə, krala toxunmaq qəti qadağandır.
Qeyd edək ki, Amerika lideri 2019-cu ildə ilk dövlət səfəri zamanı Kraliça II Yelizavetanın qarşısından keçən zaman da belə etmişdi. Lakin Bukinqem sarayı o zaman bəyan etmişdi ki, bunu protokolun pozulması hesab etmir.























































