Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Bu ölkədə çobanlar patrul maşınlarına hücum etdi - 11 ölü

Nigeriyanın cənub-şərqində yerləşən Benue vilayətinin Ago qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahlı çobanların və yerli silahlı dəstələrin hücumun təşkilində əli olduğu ehtimal edilir.
Silahlılar patrula məxsus iki nəqliyyat vasitəsini yandırıblar.
Qeyd edək ki, Nigeriyanın bu vilayəti vaxtaşırı silahlıların hücumlarına məruz qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər evlərindən didərgin düşüb.























































