HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
ABŞ-də 38 il həbsdə olan şəxsə 25 milyon təzminat ödənilib

Amerikalı Moris Heystinqs törətmədiyi cinayətə görə Kaliforniya ştatında 38 il həbsdə qaldıqdan sonra 25 milyon dollar məbləğində təzminat alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Heystinqsin vəkilləri məlumat veriblər.
Qeyd olunur ki, bu məbləğ Kaliforniya tarixində ədalətsiz məhkumluğa görə ödənilən ən yüksək kompensasiyadır.
Heystinqs 1983-cü ildə baş vermiş qətldə təqsirli bilinərək həbs edilib. Lakin o, DNT ekspertizasının nəticələrinə əsasən 2022-ci ildə azadlığa buraxılıb. O, 2000-ci ildə DNT testi aparılması üçün müraciət etsə də, bu test yalnız 2021-ci ildə həyata keçirilib. Analiz nəticəsində məlum olub ki, qurbanın bədənində tapılan sperma Heystinqsə məxsus deyil.
DNT-nin uyğun gəldiyi şəxs – Kennett Paknett – həmin qətldən üç həftə sonra başqa bir cinayətə görə həbs olunub və 2020-ci ildə həbsdə olarkən dünyasını dəyişib.
2023-cü ildə məhkəmə Moris Heystinqsin günahsız olduğunu rəsmi olaraq tanıyıb.























































