“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Dünyasını yox, dünyamızı dəyişənlər…

Tarix boyu Qarabağdan yazılan bütün mətnlərdə bir nisgil, həsrət, qübar olub. Çünki həmişə Azərbaycanın “qara bağ”ında illah da kiminsə səhvindən, kiminsə bacarıqsızlığından dolayı bir erməni “bağbanlıq” edib. Nəvvab, Mirzə Cəlil, Üzeyir Hacıbəyov və digər qələm adamlarının Qarabağında bir məlal var.
Azərbaycan tarixinin heç bir dönəmində öz cənnətini - Qarabağı şövqlə qucaqlaya bilməyib. Xarı bülbülün bağrına saplanan xar, Qarabağın ümumi taleyində də daim görünüb… Ta ki, 2020-ci ilin bu gününə qədər…
Beş il sonra müharibə, postmüharibə barədə dərindən nəfəs dərərək düşünəndə bir daha keçdiyimiz bu inqilabı təkcə ərazi bütövlüyümüzün təminatında yox, cəmiyyətin kamala yetməsində də görürük. İnsanımızın ən ciddi problemi olan səmimiyyət çatışmazlığı barıt qoxusu kimi bizdən uzaqlaşmaqdadır.
Bu gün andığımız böyük kişilər Vətənimizi yox, həm də xalqımızı özümüzə qaytardı. Onlar dünyalarını dəyişmədi, bizim dünyamızı dəyişdi.
Artıq çayxanalarda domino oynayan qocalar Qarabağın həll yollarından, ATƏT-dən, Putindən yox, nəvələrindən, dərmanlarından, toyuq-cücədən danışırlar. Bu söhbətlər necə yaraşır onların nurani simalarına… Qarabağın işğalı hamını yerindən oynatmışdı, heç kəs öz yerində deyildi, bizə yaraşmayan yerlərdə yaşayırdıq ömrümüzü...
Qarabağın qayıdışı ilə paralel hamı öz yerinə qayıtdı. Hər kəs öz işi ilə məşğul olmağa başladı. Artıq insanlar yekə məsələlərdən, strateji proseslərdən proqnoz verməyə çəkinir. Çünki hamı anlayır ki, dövlət məsələləri çayxanada danışılan ssenarilərlə, “bir rus, bir azərbaycanlı, bir erməni” cümləsi ilə başlayan pritçalarla ifadə oluna bilməz. Odur ki, hərə özünə aid məsələlərdən danışmağa başladı. Xalqın daxildən yaşadığı bu inqilab heç də müharibədən balaca hadisə deyil.
Məhz 2020-ci ilin bu günü başlananlar Azərbaycan xalqının rebrendiqi oldu. Bayrağımızın, gerbimizin öləziyən rəngləri yenidən boyandı, minor himnimiz major notlar qazandı. Üzr yox, hüzr istəyənlər də çadırlarını Qarabağdan kənarda qurdu.
Əziz şəhidlər, şərəfini qaytardığınız torpaqda uyuyursunuz. Bu gün Azərbaycan övladlarınızın dədəsinin torpağıdır.
Sizi qürurla ana bildiyimiz üçün minnətdarıq!
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün























































