Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Növbəti Gəncə terrorundan 5 il ötür

Bu gün Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından 5 il keçir.
“Qafqazinfo”nun məlumatına görə, 2020-ci ilin oktyabrın 8-nə keçən gecə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə növbəti dəfə Ermənistanın hərbi təcavüzünə məruz qalıb.
Belə ki, həmin gecə endirilən raket zərbəsi nəticəsində xəsarət alan olmasa da, şəhərdə bir çox yaşayış evləri və nəqliyyat vasitələri dağılıb, mülki infrastruktur ciddi zərər görüb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hədəfə alıb. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb. Şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binaları, ictimai obyektlər və avtomobillərə maddi ziyan dəyib.
Ümumilikdə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 nəfər yaralanıb. Rəsmi məlumatlara görə, 12 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə, yüzlərlə nəqliyyat vasitəsinə və fermer təsərrüfatına ciddi zərər dəyib.





















































