Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

13 Ekm 09:57Manşet / Gündəm / Dünya

ABŞ-də Yaxın Şərqdə sülh üçün əsas şərti açıqladılar

ABŞ-də Yaxın Şərqdə sülh üçün əsas şərti açıqladılar

Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün "uzun yol" keçmək lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem NBC telekanalının efirində bildirib.

"Siz Livandakı "Hizbullah" və Yəməndəki husilərlə məsələni həll etməyincə, Yaxın Şərqdə heç vaxt sülh olmayacaq, çünki onlar İranın proksi qüvvələridir", - deyə Qrem bəyan edib.

Eyni zamanda, o, İsrail və HƏMAS arasında sülh sazişini alqışlayıb. Senator bunun davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib.