Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
“Niyə Azərbaycan öz millisinə qiymət vermir?”

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov jurnalistlərin suallarını cavablandırıb:
“Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Özünüz gördüyünüz kimi ciddi oyun gedirdi. Hər iki komanda qalibiyyət istəyirdi. Amma qalib gəldik. Beş oyunçumuz oyunda yox idi. Azərbaycanı udmaq bizim üçün çətinliklə alındı. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq”.
- Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakoviya stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməmənizin səbəbi ot örtüyü idi...
- Bəli, mən heç bir zaman fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı. Öz futbolçularımızla söhbət aparmışdıq.
- İslandiya - Fransa matçında heç-heçə qeydə alındı. Düşünürsüz ki, Ukrayna qrupda birinci yeri tuta bilər?
- Gözləyirəm ki, 5 futbolçum zədədən qayıtsın. Ukrayna millisi həmişə qələbəyə köklənir, qələbə qazanır. Bu gün İslandiya - Fransa görüşündə bərabərlik qeydə alındı. Amma gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanaq.
- Son iki matçda qalib gəldiniz. Özünüzü necə hiss edirsiz?
- Bəli, xoşuma gələn odur ki, jurnalistlərdən xoş şərhlər eşidək və incidən suallar gəlməsin. Ona görə sizi sevindirməyə çalışacağıq.






















































