Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Ekvadorda ticarət mərkəzində partlayış - Ölən və yaralananlar var

Ekvadorun liman şəhəri Quayaquildə yerləşən ticarət mərkəzində baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla axşam saatlarında qeydə alınıb.
Partlayış şəhərin restoranlar, hotellər və mağazalarla dolu olan sıx ticarət bölgəsində baş verib. Polis hadisənin səbəbini araşdırır, ilkin məlumatlara görə, partlayışa şübhəli avtomobil səbəb ola bilər.
Şahidlər partlayışın güclü olduğunu və ətrafdakı obyektlərə zərər verdiyini bildiriblər. Yerli sakinlər hadisə zamanı qorxu içində ərazidən qaçmağa məcbur olublar.
Qeyd edək ki, son illərdə narkotik ticarəti və mütəşəkkil cinayətkarlığın artması səbəbindən Ekvadorda zorakılıq halları ciddi şəkildə yüksəlib. Təkcə bu ilin ilk doqquz ayında ölkədə 5200-dən çox qətl hadisəsi baş verib, onların böyük hissəsi Quayaquil şəhərində qeydə alınıb. Hadisə Ekvadorda təhlükəsizliklə bağlı vəziyyətin daha da gərginləşdiyini göstərir.























































