Xəbər Lenti
15-10-2025, 15:21
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”
Azərbaycanda həbs edilmiş 4 İran vətəndaşı ölkələrinə təhvil verildi
Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər nazirinin köməkçisi Asker Celalian “Mehr” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, İrana aparılan məhbuslar Gilan əyalətindəki cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.
İran rəsmisinin sözlərinə görə, Azərbaycanla ölkəsi arasında məhbus mübadiləsi 3 il idi ki, siyasi gərginlik səbəbindən baş tutmurdu və uzun müddətdən sonra bu proseslər aktivləşdirilib.