“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Yeni qan testi sınaqdan keçirildi - 50 növ xərçəngi aşkarlayır

Yeni tədqiqatın nəticələrinə əsasən, 50-dən çox xərçəng növünü aşkar edə bilən qan analizi diaqnozun qoyulma prosesini sürətləndirə bilər.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Şimali Amerikada aparılan sınaqlar göstərib ki, test xərçəngin geniş spektrini müəyyənləşdirə bilir və bu xəstəliklərin təxminən dörddə üçü üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.
Məlumata görə, aşkarlanan halların yarıdan çoxu xəstəliyin erkən mərhələsində olub ki, bu da müalicənin daha effektiv və bəzən tam sağalma ilə nəticələnməsi üçün əsas amillərdəndir.
ABŞ-nin “Grail” adlı əczaçılıq şirkəti tərəfindən hazırlanmış “Galleri” testi şişdən qoparaq qan dövranına düşən xərçəngə xas DNT fraqmentlərini aşkar edir. Hazırda bu test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir. Tədqiqat çərçivəsində ABŞ və Kanadadan 25 min yetkin insan bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizi müsbət nəticə alıb və bu halların 62 faizində sonradan xərçəng təsdiqlənib.
Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə olunan nəticələr xərçəng diaqnostikasına yanaşmanı əsaslı şəkildə dəyişə bilər. Onun sözlərinə görə, bu test çoxsaylı xərçəng növlərini daha erkən mərhələdə, müalicənin uğurla nəticələnmə ehtimalının ən yüksək olduğu vaxtda aşkarlamağa imkan verir.
Tədqiqat, həmçinin, göstərib ki, test mənfi nəticə göstərən insanların 99 faizindən çoxunda xərçəngin olmadığı düzgün müəyyən edilib.























































