Xəbər Lenti
20-10-2025, 18:33
III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
2026-cı ildən etibarən Azərbaycanın qeyri-dövlət sektorunda çalışan işçilərin əmək haqlarından tutulan vergilərin yenidən artırılması gözlənilir. Buna səbəb 2019-cu ildən tətbiq edilən 7 illik vergi güzəştinin başa çatmasıdır.
Həmçinin 2026-cı ildə bu vergi üzrə dövlət büdcəsinə əvvəlki illə müqayisədə 30 %-ə yaxın daha çox vəsaitin daxil olacağının proqnozlaşdırılmasıdır.
Təcrübədə bir çox sahələrdə işçilərlə əmək haqqı məbləği vergi və digər ödəmələr çıxıldıqdan sonra qalan məbləğ üzrə razılaşdırılır. Ekspertlər hesab edirlər ki, bu hal işə götürənlərin xərclərini artırmış olacaq. Əks təqdirdə verginin işçinin öhdəsinə buraxılması əmək haqlarının azalmasına gətirib çıxaracaq.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, əgər güzəşt müddəti uzadılmasa, işçinin əmək haqqından 7% çox tutulma olacaq.
"Əgər bu güzəşt müddəti uzadılmasa, hazırkı ödənilən vergilər və tutulmalar, həmçinin 2026-cı ilin yanvar ayında tutulan ödəmələr arasında işçinin əmək haqqından daha 7% çox tutulma olacaq"- deyə o vurğulayıb.
Daha ətraflı Baku TV-nin videomaterialında: