“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Teleaparıcı Nuranə Axundovadan şəhid ailəsinə mənəvi dəstək ziyarəti

Azərbaycanın tanınmış teleaparıcısı Nuranə Axundova Beyləqan rayonuna səfəri çərçivəsində Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Məmmədov Emin Vətən oğlunun ailəsini ziyarət edib. Bu ziyarət həm şəhid ailəsinə mənəvi dayaq olmaq, həm də onların qəlbində yaşayan qürur və kədəri bölüşmək məqsədi daşıyıb.
Görüş zamanı Nuranə Axundova şəhidin valideynləri ilə səmimi söhbət edib, onların ehtiyac və arzularını dinləyib. O, qeyd edib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı şəhidlərin qanı və qəhrəmanlığı sayəsində təmin olunub. Bu ailələr dövlətin və xalqın daim diqqət mərkəzində olmalıdır.
Şəhid Emin Məmmədovun ailə üzvləri də Nuranə xanımın bu diqqət və qayğısına görə ona təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, belə ziyarətlər onlara böyük mənəvi güc verir və övladlarının qəhrəmanlığının unudulmadığını bir daha göstərir.
Nuranə Axundovanın bu addımı cəmiyyətdə şəhid ailələrinə hörmət və ehtiram hissinin daha da güclənməsinə nümunə oldu.



























































