Xəbər Lenti
Dün, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 07:51
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Almaniyada türk cütlüyün toyuna polis basqını - Səbəb bu imiş

Almaniyanın Dortmund şəhərində türk cütlüyün toy məclisinə polis basqın edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, bəy əvvəllər sahib olduğu şirkəti batırıb və Almaniya hökumətinə külli miqdarda vergi borcu qalıb.
Bildirilib ki, həmin şəxs bu borcu müntəzəm olaraq hissə-hissə ödəyirmiş, lakin Almaniya vergi idarəsi borcu bütövlüklə bağlamaq üçün bu addımı atıb.
Belə ki, polis əməkdaşları toy salonuna daxil olaraq, mərasimdə bəy-gəlinə verilən bütün qızıl-zinət əşyalarını və pul hədiyyələrini qeydiyyata alıb. Daha sonra vergi borcunun ödənilməsi məqsədilə onlara əl qoyub.
Hadisə zalda böyük ajiotaja səbəb olub.























































