Menu
Xəbər Lenti
Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

27 Ekm 06:46Manşet / Dünya

Argentinada avtobus çaya aşdı - 9 ölü, 29 yaralı

argentinada-avtobus-caya-asdi

Argentinada sərnişin avtobusu körpüdən çaya aşıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, avtobus əvvəlcə əks istiqamətdə hərəkət edən avtomobillə toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitəsi məhəccərdən aşaraq körpüdən çaya düşüb.

Hadisə zamanı səkkiz sərnişin və sürücü həlak olub, 29 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, avtobus Misiones əyalətinin Obera şəhərindən Puerto İquazu istiqamətində hərəkət edirmiş. Qəza anında magistral yolda sıx duman olduğu bildirilir.