Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

29 Ekm 04:58Manşet / İdman

“Real” haqqında dediklərindən sonra tədbir görəcəklər

real-haqqinda-dediklerinden-sonra-tedbir-gorecekler

“Barselona” klubunun gənc hücumçusu Lamin Yamalın “El Klasiko” qarşılaşmasından öncə “Real Madrid” haqqında səsləndirdiyi kəskin fikirlər müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sport.es” portalı məlumat yayıb.

Bildirilib ki, Kataloniya klubu Yamalın bəyanatlarının rəqib komandanın motivasiyasına təsir etdiyini etiraf edib. Nəşrin məlumatına görə, “Barselona” rəhbərliyi və futbolçunun meneceri Jorje Mendeş bundan sonra Yamalın davranışına daha diqqətlə nəzarət etmək qərarına gəliblər. Məqsəd gələcəkdə oxşar səhvlərin qarşısını almaq və futbolçunun imicini qorumaqdır.

Bundan əlavə, klub daxilində belə məlumat yayılıb ki, “Real” futbolçuları Yamalın açıqlamalarından sonra oyun zamanı ona qarşı daha sərt oynamağa qərar veriblər. Hazırda “Barselona”nın əsas məqsədi 18 yaşlı futbolçunun optimal fiziki formasını bərpa etmək və onu psixoloji cəhətdən qorumaqdır.

Xatırladaq ki, son “El Klasiko”da “Barselona” “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olub.